“Sabah” Azərbaycan Kubokunu qazandı: finalda dramatik dönüş
“Sabah” Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub.
Cia.az xəbər verir ki, finalda “Zirə” ilə qarşılaşan “bayquşlar” 2:1 hesablı qələbə qazanıblar.
“Palms Sports Arena”da keçirilən görüş “Zirə” üçün uğurlu başlayıb. “Qartallar” artıq 4-cü dəqiqədə hesabı açıblar. Eren Aydın dəqiq zərbə ilə komandasını önə keçirib.
İlk hissə “Zirə”nin 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Lakin fasilədən sonra “Sabah” oyunda dönüş yarada bilib.
70-ci dəqiqədə Patrik Mbina hesabı bərabərləşdirib. Matçın əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə isə Coy Lens Mikels “Sabah”ın qələbə qolunu vurub.
Beləliklə, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Azərbaycan Kubokunun qalibi olub.
Qeyd edək ki, bu, “Sabah”ın tarixində qazandığı ikinci Azərbaycan Kubokudur.
Musavat.com
