Dəridə yaranan sızanaqlar yeniyetməlikdən yetkinlik dövrünə qədər bir çox insanın əsas problemlərindən biri kimi qalır. Kimyəvi tərkibli vasitələrdən uzaq durmaq istəyənlər son zamanlar təbii üsullara daha çox üstünlük verirlər.
Cia.az xəbər verir ki, bu üsullar arasında xüsusilə mixək suyu sızanaqlara qarşı effektiv təsiri ilə ön plana çıxır. Mixəyin tərkibindəki təbii komponentlər dəridə bakteriyaların çoxalmasının qarşısını alır və məsamələri dərindən təmizləyir. Antiseptik xüsusiyyətləri sayəsində dərini təmizləyən bu məhlul müntəzəm istifadə edildikdə sızanaqların görünüşünü xeyli azaldır.
Xüsusilə yağlı və sızanağa meyilli dərilər üçün faydalı olan bu üsul dəridəki artıq yağ balansını tənzimləyir. Beləliklə, yeni sızanaqların yaranma ehtimalı minimuma enir. Mixək suyunu hazırlamaq isə olduqca asandır.
Bir stəkan qaynar suya bir çay qaşığı mixək əlavə edib təxminən 15 dəqiqə dəmləmək kifayətdir. Daha sonra süzülən qarışığı soyudaraq pambıq vasitəsilə dəriyə çəkmək olar. Hər gün istifadə edildikdə dəri daha təmiz və sağlam görünür.
Bütün təbii vasitələrdə olduğu kimi, mixək suyunun da mütəmadi istifadəsi vacibdir. Lakin həssas dərili şəxslərin məhlulu bütün üzünə çəkməzdən əvvəl kiçik hissədə yoxlaması tövsiyə olunur.
Yəni, mixək suyu dərini təmizləyən, mikrobları öldürən və yağlılığı aradan qaldıran təbii vasitədir.
