|
Allergiyanı azaldan göyərti: Azərbaycanda da yetişdirilir

Yaz aylarının gəlməsi ilə artan mövsümü allergiyalara qarşı təbii və effektiv həll yolu açıqlanıb.

Mütəxəssislər hər sabah bir neçə ədəd vəzəri yeməyin allergik reaksiyaları ciddi şəkildə azaltdığını bildirirlər.

Məlumata görə, vəzəri tərkibindəki yüksək C vitamini, antioksidantlar və təbii antihistamin xüsusiyyətləri sayəsində immun sistemini gücləndirir. Bu göyərtinin müntəzəm istehlakı burun axıntısı, asqırma və gözlərdə qaşıntı kimi allergik əlamətlərin yüngülləşməsinə kömək edir. Həmçinin, onun antioksidant quruluşu tənffüs yollarını rahatladaraq bahar allergiyasına qarşı bədəni dəstəkləyir.//Demokrat.az