“Mənim saxlanılmağım barədə yayılan informasiyalar həqiqəti əks etdirmir. Məni heç kim saxlamayıb və heç bir bankdan da kredit götürməmişəm”.
Cia.az xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında “Şərurlu İsfəndiyar” ləqəbli naxçıvanlı iş adamı İsfəndiyar Axundov deyib.
İ.Axundovun sözlərinə görə, o, hazırda Novxanıdakı bağ evindədir.
Bununla belə hüquq-mühafizə orqanlarındakı mənbələr virtualaz.org saytına bildiriblər ki, İsfəndiyar Axundov 5 gün bundan əvvəl DİN əməkdaşları tərəfindən saxlanılaraq Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb. Oliqarx “Bandotdel”dən yalnız 5 gündən sonra çıxaraq azad olunub.
Cia.az
