İngilis televiziya kanalı ITV Birlşmiş Krallıq tarixində ən uzun müddət hökm sürmüş Kraliça Viktoriya haqqında serial çəkir.
Kraliçanın həyatının ilk çağları "Victoria" adıyla təqdim olunacaq. Səkkiz saat planlaşdırılan ekran işi 63 il 7 ay hökm sürən Vikoriyanın 1837-ci ildə, 18 yaşında taxta çıxması haqda olacaq.
Kanalın dram direktoru Stiv Novembe ilk dəfə baş verənləri kraliçanın gözündən göstərəcəklərini deyib. Yayda çəkilişləri başlayacaq serialın aktyor heyəti hələ ki məlum deyil.
Cia.az
