|
Neftin son dəqiqə QİYMƏTİ - BAHALAŞDI

ABŞ-ın İrandan gələn və Hörmüz boğazının açılmasını nəzərdə tutan təklifinə Vaşinqtonun mənfi cavab verəcəyinə dair xəbərlər neft bazarında qiymətlərin artmasına səbəb olub.

Cia.az xəbər verir ki, Londonun ICE birjasında ilk hərraclarda Brent markalı neftin iyun fyuçersləri 1 dollara yaxın bahalaşraq 109,20 dollara, Nyu-Yorkun NYMEX birjasında WTI neftinin iyun fyuçersləri isə 0,80 dollar bahalaşmaqla 97.20 dollara ticarət olunur.

Analitiklər danışıqlar prosesinin dalana dirənməsi, ABŞ-ın yenidən İrana qarşı zərbələri başlatması ehtimalının yüksək olması səbəbindən yaranan risk amilinin qiymətləri yüksək saxladığını bildirirlər.

Musavat.com