|
Məleykə Abbaszadədən onunla bağlı ETİRAF –

2012-ci ildə buraxılış imtahanlarının keçirilməsi Dövlət İmtahan Mərkəzinə (DİM) həvalə olundu. Bu qərarla bağlı geniş və gərgin müzakirələr aparıldı. Buraxılış imtahanlarında riyaziyyat və Azərbaycan dili əsas fənlərdir. Üçüncü fənnin hansı olması ilə bağlı müxtəlif təkliflər irəli sürüldü.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə deyib. O bildirib ki, həmin ildə təhsil naziri Mikayıl Cabbarovun təkidi ilə xarici dil fənni buraxılış imtahanına daxil edildi: “Açığını desəm, üçüncü fənnin xarici dil olmasının əleyhinə idim. Çünki bəzi məktəblərin verdikləri attestatlarda xarici dil fənninin tədris olunmadığı qeyd edilirdi. Hətta elə hallar olurdu ki, müəyyən məktəblərdə bu fənn cəmi bir-iki il tədris edilmiş, müəllim çatışmazlığı səbəbindən isə sonradan dayandırılmışdı. Bu səbəbdən həmin fənnin buraxılış imtahanı fənnləri siyahısına daxil edilməsini məqsədəuyğun hesab etmirdik”.

DİM sədrinin sözlərinə görə, zaman göstərdi ki, xarici dil fənninin buraxılış imtahanı fənləri siyahısına daxil edilməsi doğru qərar olub. Xarici dil bilikləri gənclərin gələcək həyatında yeni imkanlar və perspektivlər açır./NOCOMMENT.az