|
Prezident:

Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə Azərbaycanın Ukrayna ilə bir çox istiqamətlər üzrə bu gün də uğurla əməkdaşlıq etdiyini bəyan edib. Dövlət başçısı bu əməkdaşlığın bu gün bir daha təsdiqləndiyini qeyd edib.

Cia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata bəyanatında bildirib.

Bu gün müzakirə edilən məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində də əməkdaşlığı qeyd edən dövlətimizin başçısı deyib: "Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər var, birgə layihələr var".