Meyxanaçı Samirə Yusifqızı son açıqlamaları ilə ciddi rezonans doğurub.
Cia.az bildirir ki, sənətçi APA TV-nin efirində oğluna saxta toy etdiyini və bu yolla pul yığdığını etiraf edib.
Sənətçi açıqlamasında bildirib:
“Oğlum bir xanımla vətəndaş nikahında yaşayırdı. Bir gün qız dedi ki, mənə toy edin ki, atam görsün "Vağzalı" ilə gəlin paltarında evdən çıxıram, yoxsa özümə qəsd edəcəm. Mən də məcbur qalıb yalandan ona elçi getdim, guya xonçalar apardıq. Halbuki həmin xonçaların hamısını qız özü hazırlamışdı.
Sonra şadlıq saraylarından biri ilə danışdım və zatən məqsədim pul yığmaq idi. Beləliklə, oğluma saxta toy etdik. Gəlin bir neçə gün evimdə qaldı, daha sonra isə sakitcə çıxıb getdi. Bundan sonra isə oğlum haqqında söz-söhbət yayıldı ki, guya evlənib boşanıb”.
Samirə Yusifqızının bu açıqlamaları sosial şəbəkələrdə və ictimai mühitdə geniş müzakirələrə səbəb olub. Əksəriyyət bu hadisəni ailə dəyərlərinə zidd addım kimi qiymətləndirib.
Musavat.com
