|
Bakıda iki avtomobil TOQQUŞUB - FOTO
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Cia.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.

Belə ki, "Chevrolet Cobalt" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan "BYD Destroyer" ilə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillər yararsız vəziyyətə düşüb.

Hadisənin başvermə səbəbləri araşdırılır.