|
9 nəfəri öldürən yeniyetmə ilə bağlı DƏHŞƏTLİ FAKT - FOTO

Dünən Türkiyənin Kahramanmaraş şəhərinin Onikişubat rayonundakı "Ayser Çalık" orta məktəbində 8 şagird və 1 müəllimi qətlə yetirən 17 şagirdi isə yaralayan İsa Aras Mersinli ilə bağlı qan donduran bir təfərrüat üzə çıxıb.  

Cia.az Haber Global"a istinadən xəbər verir ki, atasına məxsus silahlarla dəhşətli cinayəti törədən Mersinlinin "WhatsApp" profilində Elliot Rodgerin fotosundan istifadə etdiyi məlum olub.

Qeyd edək ki, Rodger 2014-cü ildə ABŞ-da törətdiyi bıçaqlı və silahlı hücumda 6 nəfəri öldürdükdən sonra intihar edib.

Türkiyə Polis Təşkilatı hadisə ilə bağlı rəsmi sosial media hesabında açıqlama yayıb:

"15.04.2026-cı il tarixində Kahramanmaraşda məktəbdə baş vermiş silahlı hücumla bağlı aparılan araşdırmalar çərçivəsində məlum olub ki, cinayəti törədən şəxs öz "WhatsApp" profilində 2014-cü ildə ABŞ-da hücumu həyata keçirən Elliot Rodgerə istinad edən fotodan istifadə edib. Hadisəni törədən şəxsin atası U.M. saxlanılaraq məhkəmə tərəfindən həbs edilib. Şübhəlinin evindən və atasının avtomobilindən götürülmüş rəqəmsal materiallar müsadirə edilib və araşdırılır. İlkin tapıntılar hadisənin terrorla bağlı olmadığını, fərdi şəkildə törədildiyini göstərir".

Musavat.com