|
Yanan uşaqların ruhunu təhqir edən aparıcı bağlı -

Bakıdakı yanğın faciəsi ilə bağlı ATV telekanalının tanınmış aparıcısı Mətanət Əliverdiyevanın efirdə səsləndirdiyi fikirlərə Milli Televiziya və Radio Şurası münasibət bildirib.
Mətanət Əliverdiyevanın ötən gün “Gündəlik” verilişində səsləndirdiyi “Biz o faciəni lap belə, faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” sözlərinə MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov mətbuata açıqlamasında belə cavab verib:

“Monitorinq üzvlərinə tapşırıq verilib, verilişə baxılır. İctimaiyyətin marağına toxunan məsələ olduqda Şura məsələyə baxır və tədbir görür”.

Toğrul Məmmədov onu da qeyd edib ki, teleaparıcının sözləri insanlarda qıcıq yaradıb. Bu baxımdan Mətanət Əliverdiyeva belə hala yol verməməli idi.

Qeyd edək ki, teleaparıcı Mətanət Əliverdiyeva ötən gün “Gündəlik” verilişində Bakının Binəqədi rayonu Azadlıq prospektindəki dəhşətli yanğınla bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə neqativ reaksiyalara səbəb olub.

Cia.az