|
Hacıqabulda maşın aşdı -

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

“Cia.az” xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində olub.

Belə ki, “Opel” markalı avtomobilin idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində xəsarət alan 3 nəfər - M.Ağayev, Ə.Əhmədova və İ.Əhmədova Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev