|
Mingəçevirdə evdən qadın meyiti tapıldı

Mingəçevirdə mənzildən qadın meyiti tapılıb.

Cia.az-in əldə etdiyi xəbərə görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində yerləşən binalardan birində qeydə alınıb.

Belə ki, mənzillərdən birində 1963-cü il təvəllüdlü şəhər sakini Rayət Göyüşovanın meyiti aşkarlanıb.

İlkin müayinə zamanı meyitin üzərində hər hansı zorakılıq əlamətləri müəyyən edilməyib.

Qadının ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.