|
Qatar traktorla toqquşdu:

Hindistanda sərnişin qatarının traktorla toqquşması nəticəsində azı 10 nəfər ölüb, 30-dan çoxu xəsarət alıb.

TASS agentliyinin yaydığı xəbərə görə, qəza ölkənin şimalındakı Uttar-Pradeş ştatında qeydə alınıb.

Məlumata əsasən, Bicnor şəhərindən 2 km aralıda sərnişinlərlə dolu qatar nəzarətsiz dəmiryolu keçidində traktora çırpılıb.

Cia.az