İŞİD terror qruplaşmasına qoşulmaq istəyən avropalı bir qız Türkiyədən keçə bilməyib.
İsveçin Örebro şəhərində yaşayan 15 yaşlı bir qız İŞİD-ə qoşulmaq üçün Türkiyəyə, oradan Suriyaya keçmək qərarına gəlib. Lakin onun bu istəyi baş tumayıb. Bu barədə şəhər polisi rəisi Fredrik Molm İsveçin P4 radiosuna xəbər verib.
Xəbərdə bildirilir ki, terrorçuların sırasına daxil olmayan gənc qız Türkiyə sərhədində yaxalanıb. Ailəsinin son anda xəbər tutmasından sonra polisə məlumat verilib. Dərhal türk polisi də hadisədən xəbərdar edilib.
Sərhəddə qızı yaxalayan türkiyəli polislər daha sonra onu isveçli nümayəndələr təhvil verərək ailəsinin yanına yollayıblar.
Cia.az
