|
"Konsertimin gəlirləri yanğında həlak olanların ailəsinə veriləcək" -

Rusiyada yaşayan azərbaycanlı iş adamı, müğənni Emin Ağalarov dünən Bakıda baş vermiş yanğınla bağlı paylaşım edib.
Cia.az-ın məlumatına görə, Emin İnstaqram hesabında gələn ay keçiriləcək konsertindən gələn gəlirlərin dünyasını dəyişənlərin ailəsinə veriləcəyini yazıb:
"Dəhşətli faciədir. Həlak olanların ailəsinə başsağlığı verirəm. İyulun 16-da, Yaşıl Teatrda keçiriləcək konsertim isə xeyriyyə xarakterli olacaq. Konsertdən gələn gəlirlər yanğında həlak olanların ailəsinə veriləcək".

Cia.az