|
“Qanun“dan yeni kitab

“Qanun Nəşriyyatı” oxucularına yeni kitabını təqdim edib.

Valeri Sinelnikov - Öz xəstəliyini sev

AzNews.az xəbər verir ki, yeni kitabın müəllifi Valeri Sinelnikov – məşhur praktik psixoterapevt, psixoloq, hemeopat, sadəliyinə və effektliyinə görə unikal psixoloji müalicə metodlarının müəllifi kimi minlərlə insana sağlamlığının bərpa olunmasında, rifahının yüksəlməsində, həyat sevincini dərk etməsində kömək etmiş bir şəxsdir.

Siz onun kitablarından günahı bağışlamaq və günah hissindən qurtulmaq, depressiyanın öhdəsindən gəlmək, qısqanclığı özündən uzaqlaşdırmaq, çoxlu xəstəliklərdən müalicə olunmaq və uğur qazanmaqda öz təhtəlşüurunuzdan necə istifadə etməli olduğunuzu öyrənəcəksiniz.

Kitabı əlinizə götürən vaxtdan o, müalicəvi gücünü, pozitiv təsirini göstərəcək.

Bakı, Qanun Nəşriyyatı, 2014

Tərcümə: Həbib Həbiboğlu