|
Məşhur şirkət problemlə üzləşib - Səhmdarların təcili yığıncağı çağırılıb

"Moskviçtexxidmət” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb.

Cia.az xəbər verir ki, toplantı dekabrın 15-nə təyin olunub.

İclasın gündəliyinə cəmiyyətin fəaliyyətində yaranan problemlə bağlı vəziyyət, ASC-nin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsinin özəlləşdirməsi və ya icarəyə götürülməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin müraciətinin müzakirəsi və bu barədə qərar verilməsi, eləcə də digər məsələlər daxildir.