|
TQDK-dan qəbul elanı

Orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlanır. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Cia.az-a verilən məlumata görə, qəbul mayın 20-dən başlayır. 

Orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı iyunun 2-dək davam edəcək. 

Həmin abituriyentlər “Abituriyentin elektron ərizəsi”nin təsdiqini təmin etdikdən sonra tələb olunan sənədləri Qeydiyyat Komissiyasına təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Cia.az