|
Faciə qurbanları üçün cənazə namazı

Dünən Binəqədi rayonunda baş vermiş yanğında vəfat edənlərin xatirəsinə Yasamal rayon İlahiyyat məscidində cənazə namazı qılınıb, ruhuna dualar oxunub. 

Məscidin axundu Ceyhun Rüstəmov  bildirib ki, faciəvi hadisə onlara da çox pis təsir edib: “Hadisədən çox hüznlüyük, vəfat edən insanların ailələrininə başsağlığı verir, yaralılara şəfaət diləyirik. Allah rəhmət etsin”.

Cia.az