Bakının Binəqədi rayonunda hündürmərtəbəli binada baş verən yanğına dövlətin güc strukturları operativ reaksiya verdi.
Hadisə barədə məlumat daxil olan kimi əraziyə Daxili İşlər, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin yüksək vəzifəli şəxsləri gəldi. Bir qədər sonra isə hadisə baş verən ünvana Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da gəldi. O yanan binada zərərçəkən şəxslərin ailələri ilə görüşdü. Bakının merinin hadisə yerinə gəlməsi zərərçəkən ailələlərin narahatlığına son qoydu. Çünki buna qədər yanan binanın sakinlərinin və zərərçəkənlərin aqibətinin necə olacağı sual altında idi.
Bakə Şəhər İcra Hakimiyyətinin başçısı vətəndaşlara dəyən bütün ziyanın ödəniləcəyini və onların evlərinin təmir olunana qədər müvəqqəti mənzillərlə təmin ediləcəyini bildirib. Mer yanğında zərər çəkən ailələrdən üzr istədi.
Bundan sonra Hacıbala Abutalibov yanan binanın sakinləri ilə birliklə mənzillərə baxış keçirməyə yollandı. Baş verən hadisə ilə yerində tanış oldu. Bakı merinin göstərişi ilə sakinlərə yanan mənzillərdə ziyan dəyməyən əşyaların çıxarılmasına imkan yaradıldı. Bakı meri şəhərdə bu cür fasadlarla təmir olunan digər binanaların gələcək aqibəti haqqında da ANS-ə açıqlama verdi. O qeyd etdi ki, əgər təsdiq olunsa ki, binanın yanamasına səbəb hazırki üzlükdür, onda bu üzlüklər bütün binalardan söküləcək. Əgər yox binanın yanması üzlükdən yox, başqa səbəbdəndirsə onda üzlüklər qalacaq.
Qeyd edək ki, hadisə zamanı mənzillərlə yanaşı binanın həyətində olan 10-na yaxın avtomobilə də ziyan dəyib. Avtomobillər tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Cia.az
