|
Yuxarı Şirvan kanalında bir nəfər batdı

Yuxarı Şirvan kanalının Sabirabad rayonunun Surra kəndindən keçən hissəsində bir nəfər batıb.

Bu barədə cia.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.