Bu gün səhiyyə naziri Oqtay Şirəliyev Binəqədidə baş vrən dəhşətli yanğın zamanı yaralananlara baş çəkəcək. Cia.az Kliniki Tibbi Mərkəzdə olan əməkdaşının verdiyi məlumata görə, artıq nazir müavini Nigar Əliyeva xəstəxanadır. O yaralıların vəziyyəti barədə məlumat alıb.
Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun verdiyi məlumata görə,
xəstəxanada 12 yaralı var. Onlarda 3-ü uşaqdır. Yaralılardan 6-ı reanimasiyadadır.
Dünən 33 nəfər müraciət edib.
Xatırladaq ki, mayın 19-da səhər saatlarında Binəqədi rayonunun Azadlıq prospektində yerləşən binada 16 mərtəbəli binanın fasadının alışması nəticəsində yanğın qısa zamanda bütün binanı əhatə edib. Hadisə nəticəsində 15 nəfər ölüb, onlarla insan yaralanıb.
Kərimova Ayan Anar qızıdır ( 5 yaş)
Hüseynov Ayxan Şahin oğludur (2 yaş)
Məhərrəmova Fərəh Elnur qızı ( 2 yaş 7 aylıq )
Bağırov Sahib Rəhim oğlu (46 yaş)
Kərimova Nazilə Malik qızı ( 39 yaş )
Bağırova Firəngiz Rəhim qızı (60 yaş)
Şirinova Zülfiyyə Yavər qızı ( 43 yaş)
Nəcəfzadə Yaşar Fazil oğludur ( 27 yaş )
Eyvazov Davud Hamir oğlu ( 16 yaş ),
Eyvazova Ülkər Hamir qızıdır ( 20 yaş).
Həsənova Alla Antonovna 58 yaş,
Utuyevsil Yuri Vladimroviç 67 yaş
Yəhyayeva Elmira Əliağa qızı 68 yaşlı
Cia.az
