İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin bu gün Bakı şəhəri, Binəqədi rayonunda baş vermiş yanğın hadisəsi ilə bağlı başsağlığı verib.
Səfir yaşayış binasında baş vermiş və bir neçə insanın yaralanması və həyatını itirməsi ilə nəticələnmiş yanğın hadisəsi ilə bağlı öz dərin kədərini bildirir.
M.Pakayin bu ağrılı hadisə ilə bağlı başsağlığı verərək, dost və qardaş ölkə olan Azərbaycan xalqına, xüsusilə, yanğın hadisəsində zərərçəkmişlərin yaxınlarına Uca Tanrıdan səbr diləyir.
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun Bakıda yaşayış binasında baş vermiş yanğınla əlaqədar başsağlığı verib.
Bu barədə səfir "Twitter"dəki səhifəsində yazıb.
İ.A.Coşqun yanğın nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyib.
Qeyd edək ki, bu gün Bakıda yaşayış binasında baş vermiş yanğın zamanı ölənlərin sayı 15 nəfərə çatıb, xəsarət alanlar isə 50 nəfərdir.
