|
Ərdoğan bu gün Azərbaycana gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana səfər edəcək.

Cia.az xəbər verir ki, Türkiyə lideri Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşündə iştirak edəcək. 

Ərdoğanın səfər çərçivəsində ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.