|
​Latviya prezidenti dəhşətli yanğınla bağlı İlham Əliyevə başsağlığı verib

Latviya prezidenti Andris Berzinış Bakıda yaşayış binasında baş verən yanğın hadisəsi ilə əlaqədar olaraq Azərbaycanın dövlət başçısı İlham Əliyevə başsağlığı məktubu göndərib.

A.Berzinış öz məktubunda ölənlərin ailələrinə və qohumlarına dərin hüznlə başsağlığı verib, həmçinin zərərçəkənlərin tezliklə sağalmasını diləyib.

"Latviya bu günlərdə fikrən Azərbaycanın yanındadır", - deyə məktubda bildirilir.

Qeyd edək ki, paytaxtın Binəqədi rayonu ərazisində baş verən yanğın zamanı 14 nəfər ölüb, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Cia.az