|
Daxili İşlər Nazirliyinin əməkdaşı qətlə yetirilib
Dağıstanın paytaxtı Mahaçqalada respublika Daxili İşlər Nazirliyinin əməkdaşı qətlə yetirilib.
Üzərində 4 güllə yarası olan polis əməkdaşı “Mahaçqala-Buynaksk” yolunun 5-ci km-də tapılıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
İstintaq-əməliyyat qrupu cinayətkarların “VAZ 217030” markalı avtomobildə hadisə yerini tərk etdiyi müəyyənləşdirilib.  Onların saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. 
Cia.az