|
İŞİD-çilər bayram edir -

İraqın Ramadi şəhərini də ələ keçirən İŞİD silahlıları güc nümayişi ediblər. 
İraqın ənbar vilayətiinin qərbindəki yolllardan birində yüzlərlə İŞİD maşınından ibarət karvan sevinc şüarları ilə nümayişə çıxıblar. İŞİD-çilərin bu görüntüləri sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. 
Tvitter mikro-bloqunda yayılan şəkillərdə istifadəçiləri maraqlandıran məqamlardan biri də niyə koalisiya qüvvələri təyyarələrinin həmin karvana hücum etməməsi olub. 

“İŞİD yollardadır, bəs ABŞ təyyarələri hardadır?”, - deyə sitifadəçilər yazıblar. 

Xatırladaq ki, mayın 17-də İŞİD terror qruplaşması İraqın qərbindəki Əl-Ənbər əyalətinin mərkəzi sayılan Ər-Ramadi şəhərini ələ keçirib. Bu hücumlardan sonra isə şəhərini 25 min nəfər tərk etmək məcburiyyətində qalıb.



Cia.az