|
Bina kağız kimi yandı-

Bakının Binəqədi rayonu ərazisində yerləşən yaşayış binasında baş verən yanğının yeni videosu yayılıb.
Digər videolardan fərqli olaraq burada aşağıdan başlayan yanğının binanın yola tərəf olan hissəsinə ani yayılması göstərilir. 

Görüntülərdə 1 dəqiqə içində 16 mərtəbəli bina kağız kimi yanmağa başlayır.

Qeyd edək ki, mayın 19-da səhər saatlarında Binəqədi rayonunun Azadlıq prospektində yerləşən binada 16 mərtəbəli binanın fasadının alışması nəticəsində yanğın qısa zamanda bütün binanı əhatə edib.

Səhiyyə Nazirliyi açıqlama vermişdi ki, yanğın zamanı 14 nəfər ölüb, 54 nəfər isə yaralanıb. Son məlumatlara görə ölənlərin sayı 16 nəfərə çatıb.



Cia.az