Kolumbiyada baş verən torpaq sürüşməsində ölənlərin sayı artır.
Kolumbiyanın şimal-qərbində davam edən intensiv yağışlar nəticəsində baş vermiş torpaq sürüşməsinə Santa Marqarita kəndi məruz qalıb.
Antokiya vilayətinin Salqar rayonunda meydana gələ təbii fəlakət zamanı ölənlərin sayı 64-ə, yaralıların sayının isə 40-ı keçdiriyi bildirilir.
Sel fəlakəti və sorpaq sürüşməsi nəticəsində 30-dan çox evə ziyan dəyib, bu vaxtadək 18 nəfər meyitin şəxsiyyətini dəqiqləşdirmək mümkün olub.
Kolumbiyalı nümayəndələr 120-dən çox kəndlinin isə itkin düşdüyünü, xilasedicilərin axtarış və xilasetmə işlərini apardıqlarını qeyd edib.
Hələlik təbii fəlakətin miqyası tam müəyyənləşməyib.
Ötən gün ölkə prezidenti Xuan Manuel Santos zərərçəkən ailələrə baş çəkib, onlara əllərindən gələn köməyi edəcəklərini, evlərinin bərpasına çalışacaqlarını bildirib.
Cia.az
