|
Türkiyədə zəlzələ

Cia.az Türkiyənin "Sabah" nəşrinə istinadla xəbər verir ki, Türkiyədə, Egey dənizinin sahillərində güclü təkanlar qeydə alınıb.
Bu varədə Türkiyənin təbii fəlakətlərin və fövqəladə halların nəticələrinin aradan qaldırılması idarəsi - AFAD məlumat verib. 
6,1 bal gücündə olan zəlzələnin episentri Muğla vilayətinin Datça rayonunda 166 km məsafədə, 17,7 km dərinlikdə olub. Təkanlar İzmirdə və ətraf bölgələrdə əhali arasında təşvişə səbəb olub.