|
Yanğın zamanı özünü binadan atan gəncin-

Xəbər verdiyimiz kimi, bu gün Bakının Binəqədi rayonunda çoxmərtəbəli binada dəhşətli yanğın baş verib. Yanğın nəticəsində bir nəfər özünü binadan atıb. 

Cia.az xəbər verir ki,  yanğın nəticəsində dünyasını dəyişən 27 yaşlı Nəcəfzadə Yaşar Fazil oğlu olub. 
Yaşar yanan binanın 16-cı mərtəbəsində yaşayırmış. Yanğın nəticəsində qurtula bilməyən gənc özünü çoxmərtəbli binadan yerə atıb. Aldığı xəsarət nəticəsində hadisə yerindəcə keçinib. Əslən Salyan rayonundan olan Yaşar evdə tək yaşayırmış. Uzun illərdi Bakıda yaşayan Yaşar əsgərlikdən bir neçə il öncə geri dönmüşdü.
Mərhumun fotolarını təqdim edirik.
Cia.az