Bakıda baş verən yanğınla bağlı artıq bir nəfər həbs edilib.
Cia.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluq, FHN və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda qeyd edilir. Qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub. Araşdırmaların gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Cia.az
