TRT-nin Bakı nümayəndəliyinin rəhbəri Yıldıray Arslan, "Bakı 2015" haqqında danışıb. O bildirib ki, vəzifəyə başladığı ilk gündən etibarən "Bakı 2015"-in media təqdimatına xidmət edib.
Arslanın sözlərinə görə, bunun üçün ciddi iş cədvəli də yaradıb: "İstər tənzimləmə komitəsi, istərsə də olimpiada komitəsi ilə sıx əməkdaşlıq edərək, ciddi iş cədvəli yaratdım. TRT Bakı Nümayəndəliyi olaraq öncə paytaxt Bakıda şəhərlə əlaqədar I Avropa Oyunları üçün aparılan hazırlıq işlərinə, sonra bir-bir həyata keçirilən idman komplekslərinə, idmançı hazırlıqlara və təbliğat işlərinə üstünlük verdik. İstər Azərbaycanda istərsə də, Azərbaycan xaricində təşkilatları təqib edərək çağırış etdik.Avropa Oyunları, Azərbaycan üçün çox mühümdür. Avropanın ilk nəhəng idman məkanı olacaq “Bakı 2015”, eyni zamanda I Avropa Oyunlarının standartlarının müəyyən etdiyi bir nəhəng təşkilatçı olacaq".
Y. Arslan bildirib ki, bunun üçün nəhəng investisiyalar qısa müddətdə həyata keçirilib: "Bakı başdan-ayağa yeniləndi, idmançı hazırlıqları və təbliğat işləri də sürətlə aparılıb. Bu Oyunlar eyni zamanda, Azərbaycanın xarici təbliği üçün də mühümdür. “Bakı 2015” regionda sülh və sabitlik adası, yeni və güclü nəqliyyat və enerji dəhlizi kimi yüksələn “Yeni Azərbaycan”ın tanıdılmasına səbəb olacaq: "Bizə düşən vəzifə də bu nəhəng Oyunlarla birlikdə yeni Azərbaycanın təqdimatına kömək etməkdir".
Y.Arslan TRT yayımlanan yeni proqramdan da bəhs edib: “TRT Bakı Nümayəndəliyinin yeni proqramı var ki, bazar günləri saat 17:20-də TRT AVAZDA yayımlanır. Bazar gününün ikinci hissəsini Avropa Oyunlarına ayırdıq. Hazırlıqları, həm idmançı, həm infrastruktur mənasında görülən işləri analiz edəcəyik. Bakının bütöv olaraq I Avropa Oyunlarına dair görülən işləri və bu Oyunların əleyhinə olan mübahisələri, Azərbaycana qarşı qaralama kampaniyalarını və həqiqətləri 45 dəqiqə ərzində ətraflı olaraq işlədik”.
Y. Arslan deyib ki, işlər bununla da bitmir: “Bakı 2015” üçün xüsusi fayllar hazırladıq. Klip formatında hazırlanan bu xüsusi fayllarda “Bakı 2015”-ə dair hər bir məsələni müzakirə etmişik. Burada da “Bakı 2015”-i həm idman, həm də infrastruktur hazırlıqlarını, Prezident İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın Avropaya doğru çağırışlarını çatdırdıq”.
O həmçinin bununla bağlı bir çox verilişlər hazırlandığını, TRT İdmanın xüsusi bir komanda ilə bu oyunlara dəstək olacağını qeyd edib.
Cia.az
