|
Bakı bulvarında gəzintiyə çıxan vəkil qəfil öldü - FOTO

Dünən Bakı bulvarında ölüm hadisəsi baş verib.

Cia.az-ın "qafqazinfo"-ya istinadən məlumatına görə, aprelin 25-i saat 16 radələrində Neftçilər prospektində Vəkillər Kollegiyasının üzvü, 1975-ci il təvəllüdlü vəkil Kənan Saleh oğlu Əliyev qəfil vəfat edib.

Dənizkənarı Milli Parkda gəzinti zamanı dünyasını dəyişən vəkilin ölümünə ürək çatışmazlığının səbəb olduğu bildirilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.