|
Dəhşətli yanğında-

Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar olan son məlumatlara əsasən 54 nəfər yaralı artıq Təcili tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, bütün lazımi tibbi müdaxiləyə, həkimlərin səylərinə baxmayaraq, aldıqları müxtəlif bədən xəsarətlərindən 16 nəfər dünyasını dəyişib. 
Hazırda yaralıların əksəriyyəti, 32 –nəfəri 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində, 5 nəfəri Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna 2 nəfər 6 saylı BŞX-na 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib.
Digər 10 nəfərə isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib.
Yanğın başlanan andan etibarən, hadisə yerində çalışan 30 Təcili və Təxirəsalınmaz Tibbi Yardımın briqadası artıq qayıtmaq üzrədir, lakin 3 briqadamız hazır vəziyyətdə hadisə yerində qalır.

Cia.az