|
Azərbaycanda zəlzələ oldu

Yardımlı rayonunda aprelin 19-da zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən cia.az-a bildiriblər ki, yerli vaxtla saat 16:00-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,3-ə bərabər olub.

Ocağı 11 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.