|
İtkin düşən kişinin meyiti çirkab su arxında tapıldı

İtkin düşən şəxsin meyiti çirkab su arxında tapılıb.

Cia.az xəbər verir ki, hadisə Ucarın Rəstəcə kəndində qeydə alınıb.

Əvvəllər 2 dəfə infarkt keçirmiş, hadisə baş verən qədər itkin düşmüş 1961-ci il təvəllüdlü Ələkbər Salik oğlu Əliyevin meyiti həmin kəndin ərazisindən keçən çirkab su arxında aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Report.az