Binəqədi rayonu Azadlıq 189-da yerləşən hündürmərtəbəli binada baş verən yanğında ölənlərin sayı bir qədər də artıb.
Bu barədə Səhiyyə nazirliyi məlumat yayıb. Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar saat 14:28 olan son məlumatlara əsasən 41 nəfər yaralı artıq Təcili tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib.
Bunlardan 17-ü 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 4 nəfəri Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna 2 nəfər 6 saylı BŞX-na 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib.
Cia.az
