|
Yanğının söndürülməsinə helikopterlər cəlb edildi -

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib 

Hadisə yerinə FHN-nin yanğınsöndürən helikopterləri cəlb edilib. Nazirliyin xilasedicilərdən bir neçəsinin vəziyyəti pisləşib. 

**

 

Bakıda çoxmərtəbəli bina yanır. Lent.az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində, Azadlıq prospekti 289 ünvanında yerləşir. Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib. Məlumata görə, binanın üzlüyü alışıb. Bu barədə məlumat sosial şəbəkədə yayılıb. 

 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev Lent.az-a açıqlamasında deyib ki, hadisə yerinə 4 təcili yardım briqadası göndərilib. Hələlik zərərçəkənlər barədə məlumat yoxdur. 

 

 
 
 
 
 
 
 
 
 
 

Cia.az