Bakıda baş verən dəhşətli yanğın zamanı bir neçə nəfər özünü binadan atıb.
Bu barədə məlumatı hadisə şahidləri veriblər.
Şahidlərin sözlərinə görə, yanan binada qalan sakinlərdən iki nəfər özünü aşağı atıb.
Onlardan biri orta yaşlı kişi, digəri isə gənc oğlandır.
Hadisə zamanı çox sayda yaralananların da olduğu bildirilir.
16 mərtəbəli binada baş verən yanğın zamanı bir kişinin özünü səkkizinci mərtəbədən ataraq öldüyünü bildirib. Ehtimal ki, sözügedən kişi həmin şəxsdir. Qeyd edək ki, həmin şəxsin ailəsi hələ binadan çıxarılmayıb. 
Hazırda Bakıda hündürmərtəbəli binada yanğın başlayıb.
Binəqədi rayonu ərazisində baş verən hadisə nəticəsində binanın fasadı alışıb.
Hazırda uanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Cia.az
