|
Qərargah rəisi intihar etdi

Bu gün səhər saatlarında Ağdaş rayonunda intihar hadisəsi baş verib.

Cia.az xəbər verir ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasında Mülki müdafiə qərargahının rəisi 1987-ci il təvəllüdlü Anar Kərimzadə özünü asaraq intihar edib.

Onun meyiti yaşadığı evin həyətində aşkar edilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

Qafqazinfo.az