|
Qəbələdə YANĞIN - Sakinlər təxliyə edildi

Qəbələ rayonunun Zarağan kəndində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsi yanıb.

Cia.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Hadisə zamanı yanğınsöndürənlər tərəfindən binanın 9 nəfər sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.