|
Bakıda 16 mərtəbəli bina yanır - YENİLƏNİB

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib 

Bakıda çoxmərtəbəli bina yanır. Cia.az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində, Azadlıq prospekti 289 ünvanında yerləşir. Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib. Məlumata görə, binanın üzlüyü alışıb. Bu barədə məlumat sosial şəbəkədə yayılıb. 

 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev açıqlamasında deyib ki, hadisə yerinə 4 təcili yardım briqadası göndərilib. Hələlik zərərçəkənlər barədə məlumat yoxdur. 

 

 
 
 
 
Cia.az