|
Qarda yıxılan 90 nəfərdən 15-i əməliyyat olundu

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 24 fevral tarixindən bu saata qədər 90 nəfər müraciət edib. 

Nazirlikdən Cia.az-a verilən məlumata görə, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. 

Bildirilib ki, müraciət edənlərdən 15 nəfəri əməliyyat üçün stasionara qəbul edilib.