|
İlham Əliyevdən Artur Rasi‑zadə ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Artur Tahir oğlu Rasi‑zadənin "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Cia.az xəbər verir ki, bununla bağlı President.az məlumat yayıb.

Sərəncama əsasən, A.T.Rasi-zadənin Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə təltif olunub.