|
Cavid Kəngərli vəzifəsindən azad edildi

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Cavid Kəngərli vəzifəsindən azad edilib.

Cia.az xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin I müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Onun digər sərəncamı ilə Dövlət Vergi Xidmətinin rəisi vəzifənin icrası müvəqqəti olaraq C.Kəngərlinin müavini Tural Abdulzadəyə həvalə edilib.

Yenisabah.az