|
Helikopterlə toqquşan təyyarə 2 yerə parçalandı

Vaşinqton səmasında sərnişin təyyarəsi hərbi helikopterlə toqquşma nəticəsində iki yerə parçalanıb.

Cia.az xəbər verir ki, bu barədə “Nyu York Post” nəşri məlumat yayıb.

Qeyd olunub ki, təyyarə Potomak çayında təxminən 2 metr dərinliyə batıb.

Axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, təyyarədə 60 sərnişin və 4 ekipaj üzvü, helikopterdə isə ən azı 3 hərbçi olub. Hazırda 19 nəfərin həlak olduğu məlumdur.

Axar.az