|
Obama da “Twitte virusu"na yoluxdu

ABŞ prezidenti Barak Obama Twitter sosial şəbəkəsində qeydiyyatdaan keçib.

Onun səhifəsi https://twitter.com/POTUS adresində yerləşir. POTUS nikinin mənası - president of the United States, yəni Amerika Birləşmiş Ştatlarının prezidenti deməkdir.

Ağ Evin rəhbəri ilk icmarışında belə yazıb: “Salam, Twitter. Bu əsl Barakdı. Altı ildi vəzifədəyəm və nəhayət, mənim öz akkauntum var”. İlk ismarış yazılan vaxta ABŞ liderinin artıq 22 min izləyicisi olub.

Twitter administrasiyası akkauntu təsdiq edib. Onlar sorğunun doğurdan da Baraka Obama tərəfindən verildiyini bildiriblər.

Cia.az